Beynəlxalq Valyuta Fondunun (BVF) direktorlar şurası Ukrayna üçün nəzərdə tutulan böhrana qarşı proqramı təsdiq edib.APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fondun mətbuat xidməti açıqlama yayıb. Beləliklə, iki il ərzində Ukrayna Beynəlxalq Valyuta Fondundan 17 milyard dollar kredit alacaq. İlk olaraq, yaxın günlərdə BVF-un Ukrayna hökumətinə 3,2 milyard dollar ayıracağı gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !