Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin bəzi diplomatik nümayəndələri insan hüquqlarının pozulması ilə bağlı düşünülməmiş bəyanatlar verirlər. Bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib.
"Təəssüflər olsun ki, Azərbaycanda faliyyət göstərən bir sıra xarici ölkələrin diplomatik nümayəndələri ölkədəki QHT-lər və media ilə guya əməkdaşlıq adı altında bizim daxili işlərə müdaxilə edirlər. Hansısa bir yollar göstərirlər. Son vaxtlar düşünməmiş bəyanatlar verirlər. İnsan hüquqlarının pozulması ilə və.s Hesab edirəm bizim bu qanun çox yaxşı nümunədir", - deputat Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Hüquq siyasəti və dövlət quruculuğu komitəsilə birgə keçirilən iclasında "Diplomatik xidmət haqqında” yeni hazırlanan qanun layihəsi barədə danışarkən deyib.
Azərbaycanda fəaliyyət göstərən bir sıra qərb ölkələrinin səfirləri Azərbaycanı həbsdə olan hüquq müdafiəçisini, eləcə də jurnalistləri azad etməyə çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi buna "bu bəyanatlar Azərbaycanda müstəqil məhkəmə sisteminə açıq-aşkar zərbə vurmaq cəhdidir” cavabını verib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !