Bəzi ölkələrdəki səfirlərimiz xüsusi mühafizə ilə gəzməlidir - Təklif

17:14 | 07.06.2024
Bəzi ölkələrdəki səfirlərimiz xüsusi mühafizə ilə gəzməlidir - Təklif

Bəzi ölkələrdəki səfirlərimiz xüsusi mühafizə ilə gəzməlidir - Təklif

Azərbaycanın xaricdəki diplomatlarının şəxsi mühafizəsinin olmasına ehtiyac var. Bunu deputat Elşən Musayev deyib. 
 
"Əgər əvvəllər təkcə erməni lobbisi ilə müzabirə aparardıqsa indi bu siyahıya baş ölkələr də daxil olub. Məsələn Fransa,Kanada,Niderland və digər ölkələri nümunə çəkmək olar. Həmin ölkələrdə olan diplomatlarımız hər an odun içindədir. Mina təhlükəsiz ilə üzbəüzdür. Hesab edirəm ki, onların şəxsi mühafizəsinin olmasına çox ehtiyac var", - deputat iyunun 7-də Milli Mcəlisdə çıxışında deyib. 
 
 
Bir il öncə Milli Məclisin deputatı Elşən Musayev iyunun 6-da Milli Məclisin iclası zamanı, Azərbaycanın xaricdəki səfirliklərinin təhlükəsizliyi üçün dövlət büdcəsindən pul ayrılmasının vacib olduğunu bildirib. 


Azərbaycanın 2022-ci ilin 4 avqustunda Londondaki səfirliyinə, 2022-ci ilin 18 sentyabrında Paristəki səfirliyinə, 2023-cü ilin 27 yanvarında Tehrandaki səfirliyinə və 2023-cü ilin 31 avqustunda isə Livandaki səfirliyinə hücum edilib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti