Moskva quberniya teatrının bədii rəhbəri, aktyor Sergey Bezrukov yenidən Bakıya gəlmək istədiyini bildirib.
Bununla bağlı Bezrukov "Moskva-Baku”ya müsahibəsində danışıb.
"Mən yenidən Bakıya getmək istəyirəm, bu dəfə teatrla birlikdə. Dəvət edin, biz məmnuniyyətlə gələcəyik!”, - Bezrukov bildirib.
"Mən çoxdandır Bakıda olmamışam, bu şəhəri çox sevirəm. Həmişə imkan olanda Sergey Aleksandroviç Yeseninin "Fars motivləri”ni yazdığı Mərdəkana gedirəm... Orada onu "Bakinskiy Raboçiy” qəzetinin redaktorları qəbul edirdilər.
Bura mənim üçün tanış yerdir. Bildiyim qədəri ilə Tolstoy küçəsində Yesenin muzeyi var. Onların orada necə yaşadıqlarını bilmirəm, uzun müddətdir onlarla danışmamışam”, - aktyor əlavə edib./oxu.az
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !