Biləsuvar rayon icra hakimiyyəti məni şəhidin abidəsini
dağıtmaqla hədələyir. Bunu anews.az-a şikayətində şəhid gizir Pərvin Əliyevin xanımı
Zülfiyyə Əliyeva bildirir.
"Həyat yoldaşım Əliyev Pərvin Səlahəddin oğlu 15
mart 1980-ci ildə Biləvusar rayonu Nərimankənd kəndində anadan olub. 16 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan
təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Həmin
döyüşdə 40 erməni məhv edilib. Döyüşdə Pərvinlə birlikdə Nərimankənd 3 şəhid
verdi (Pərvin Əliyev, Anar
Qarazadə, Rahil
Hüseynov, red.). Həmin ağır döyüşdə Pərvin aprel şəhidləri
olan Pəncəli Teymurov, Mühüd Orucov və
Milli Qəhrəmanlarımız Samid İmanov, Murad Mirzəyev ilə çiyin-çiyinə döyüşüb. Allah hər birinə rəhmət
eləsin”, – deyə Əliyeva bildirir.
Xanım qeyd edir ki, yoldaşım 5
ildi şəhid olub amma bu illər ərzində Biləsuvar rayonunun rəhbər şəxsləri bir dəfə
də olsun bizimlə maraqlanmayıb. Əvəzində başımıza açmadıları oyun qalmayıb. "Həmişə
susmağa üstünlük vermişəm. İstəməmişəm kimsə desin ki, şəhid ailəsi adından
istifadə edir. Amma son etdikləri məni susmamağa məcbur etdi. Öncə bu 5 ildə
Biləvuvarın icra hakimiyyətinin və digər qurumlarının mənə yaşatdılarını
sadalayım. Mən uşaqlarımla Sumqayıtda
yaşayıram. Biləsuvarda Pərvinin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayon
icra hakimiyyətindən Nərimankənd kəndində torpaq sahəsi istədim. Həmin torpaq
sahəsində Pərvinin ev muzeyini yaratmağı düşünürdüm. İcra başçısı Mahir Quliyev mənə 10 sot torpaq
sahəsini verməyi göstəriş verdi və Şirin Yolçuyev adına Nərimankənd kənd orta məktəbinin
həyətində 10 sot torpaq sahəsi verildi. Mən həmin verilən ərazini hasara aldım.
Amma məktəbin direktoru Faiq Cəfərov onu iki dəfə dağıtdırdı. Çünki direktor məktəbin
mənə verilən və boş olan ərazisində yonca, arpa, pambıq əkərək kənd təsərrüfatı
ilə məşğul olur. Mən növbəti dəfə icra başçısı Mahir Quliyevin qəbulunda
olandan sonra mənə Nərimankənd kəndində zibillik olan yerdən 10 sot torpaq
verildi. Bu günə kimi həmin torpağa sənəd ala bilmirəm. Hətta Əmlak Komitəsində
oldum. Yusif adlı (soyadını bilmir, red.) komitə rəsmisi bildirdi ki, get
pulunu ver torpağının sənədini al. Kəndin bələdiyyəsindən isə həmin sənədin düzəlməsi
üçün 500 manat istədilər”, deyə Zülfiyyə Əliyeva vurğuladı.
2019-cu il martın 15-də isə
Zülfiyyə Əliyeva şəhid yoldaşının döyüş yoldaşları və yaxınları ilə birlikdə Pərvinin
xatirəsinə tədbir təşkil etməyi planlaşdırıb və bununla bağlı Biləsuvar RİH-ə
müraciət edib. Bu işlə icra hakimiyyətinin Ləman adlı əməkdaşı ilə görüşüb. Ləman
xanım ondan tədbirə gələnlərin siyahısını istəyərək həmin siyahını Prezident
Aparatına təqdim edəcəyini deyib. Gələnlərin konkret kim olduğunu bilmədiyim
üçün xanım siyahını verə bilməyib. Lakin icra hakimiyyəti rəsmisi bəlkə gələnlərdən
kimsə təxribat törədəcək kimi bəhanə gətirirək tədbiri 28 martda keçirməyi məsləhət
görüb. Martın 27-də isə Zülfiyyə Əliyevaya prezidentin Biləsuvara səfərinin gözlənildiyini
bildirərək tədbiri başqa vaxta keçirməyini xahiş ediblər. "Mən digər bir yerdə keçirəcəyimi dedim. Ləman
xanım dedi ki, əgər siz icazəsiz hardasa tədbir keçirsəniz polislə dağıdacayıq.
Beləliklə bizi şəhidimizin xatirəsinə tədbir keçirməyə imkan vermədilər. Hətta
Ləman xanım deyir ki, əgər tədbir keçirilsə əklili özünüz alın. Bu azmış kimi tədbirin
süjet xətti ilə tanış olandan sonra kinayə ilə deyir ki, heç Milli Qəhrəmana
belə tədbir keçirmir. Sonda Ləman xanım məni sosial hesabında bloka atdı və tədbirin
keçirilməsinə Biləsuvar Rayon İcra Hakimiyyəti imkan vermədi. Bundan sonra Biləsuvarın
deputatı Xanhüseyn Kazımlının qəbuluna getdim. Köməkçi qəbul edəcəyini desə də,
bir saat gözlədəndən sonra get başqa vaxt gələrsən söylədi. İndi deputatın
başqa işi var. Buda Xanhüseyn Kazımlının şəhid ailəsinə olan hörmətinin göstəricisidir”
- deyə xanım əlavə edir.
Şəhidin həyat yoldaşının problemi
ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bizi İctimai-siyasi və humanitar məsələlər şöbəsinə (Ləman Cəbrayıl qızı Yüzbaşovaya) yönləndirdilər. Lakin həmin şöbədən dəfələrlə edilən zəngimizə cavab verən olmadı. Qarşı tərəfin fikirini verməyə hazırıq.
Zaur Qənbərov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !