Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb

11:37 | 28.06.2024
Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb

Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin həbs müddəti   8 il 3 aya endirilib.

Hakim Teyyub Muxtarovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə qərar verilib.

Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM