• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Bill Qeyts dünyanı xilas edəcək 3 şərti açıqladı: "Yalnız bu halda..."

Bill Qeyts dünyanı xilas edəcək 3 şərti açıqladı:
25.04.2021 09:38
"Microsoft”un qurucusu, ABŞ-ın ən böyük torpaq mülkiyyətçisi olan Bill Qeyts təkcə texnologiya sahəsi ilə maraqlanmaqla kifayətlənmir, eyni zamanda koronavirus və iqlim dəyişikliyi səbəbilə yarana biləcək böhranlar haqqında çıxışlar edir.

Anews.az "Teleqraf"a istinadla xəbər verir ki, ABŞ-ın ev sahibliyi etdiyi İqlim Zirvəsində çıxış edən Bill Qeyts dünyanı gözləyən böyük təhlükədən söz açıb:

"İqlim dəyişikliyi çox qarışıq mövzudur və bu günün texnologiyasından faydalanaraq hədəfimizə çatmaq çətindir. Səbəbi isə istifadə etdiyimiz fosil yanacaqların iqlimin dostu olan, karbon buraxmayan yanacaqlardan daha ucuz olmasıdır. Dünyada hər kəsə komfortlu həyat tərzi yaşatmaq üçün mütləq sıfır karbon buraxan məhsulların qiyməti ucuzlaşdırılmalıdır. Mən buna "Premium Yaşıl Sıfır” adını verirəm”.

Bill Qeyts dünyanı xilas edəcək üç formulu açıqlayıb: "İlk olaraq iqtisadi qaynaqlı karbon emissiyalarını aradan qaldırmaq üçün fərqli texnologiyaları inkişaf etdirməliyik. İkincisi, bazarda yeni fikirləri, layihələri həyata keçirmək üçün mütləq təzyiq olmalıdır. Bunun üçün də yeni texnologiyanı dəstəkləyəcək yaradıcı üsullar tapmaq və rəqabət mühitini fosil yanacaqlarla rəqabətə girəcək həddə gətirmək lazımdır. Üçüncüsü isə, dövlətlər və böyük şirkətlər bu sınaq müddətini daha ucuz və sürətli başa vurmaq üçün yeni siyasətə keçid etməlidirlər. Dünya liderləri bu müddətdə onlara həvəsləndirici mükafatlar verməlidir.

Bu üçün hədəfi reallaşdırmaq üçün beynəlxalq iş birliyi vacibdir”

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Quterreş Trampla görüşəcək
Dünya 21:05
Quterreş Trampla görüşəcək
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Dünya 20:45
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
Dünya 13:53
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Dünya 09:25
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Dünya 08:25
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Dünya 08:18
Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol