Bill Qeytsin peşmanlığı: "Özümü axmaq kimi hiss edirəm"

15:56 | 29.01.2015
Bill Qeytsin peşmanlığı:

Bill Qeytsin peşmanlığı: "Özümü axmaq kimi hiss edirəm"

Dünyanın ən zəngin şəxslərindən olan və "Microsoft" şirkətilə adını bütün dünyaya tanıdan Bill Qeyts həyatdakı ən böyük peşmançılığını açıqlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, sosial media platforması olan "Reddit"də qonaq olan və istifadəçilərin suallarını səmimi şəkildə cavablayan Bill Qeyts "həyatının ən böyük peşmanlığı" sualına "Xarici dil bilmədiyimə görə, çox zaman özümü axmaq kimi hiss edirəm" - münasibət bildirib.

Litsey illərində latınca və yunanca dərslər keçdiyini, amma uşaqlıq edib bu dərslərə önəm vermədiyini söyləyən məşhur xarici dillərlə bağlı arzusunu açıqlayıb: "Franszıca, ərəbcə və çincə danışmaq istərdim".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM