Müğənni Samir Piriyevlə teleaparıcı Kamran Həsənli arasında bir neçə ildir davam edən "müharibə”yə son qoyulub. Uzun məhkəmə çəkişməsindən bezən tərəflər barışıb.
Yenicag xəbər verir ki, barışıq addımını Samir atıb.
Keçmiş dostlar restoranların birində gizli görüş təyin ediblər. Görüşdə Samir aralarındakı davaya son qoyduğunu deyib. Kamranın ona ödəməli olacağı 85 minlik borcu qarşı tərəfə bağışlayıb və deyib ki, gələcəkdə imkanı olarsa, hissə-hissə qaytarar. Olmasa isə, canı sağ olsun.
Xatırladaq ki, Samir Piriyev teleaparıcı Kamran Həsənlini dələduzluqda ittiham edirdi. İddiaya görə, Samir Piriyev və Kamran Həsənli birlikdə biznes qurmaq istəyib. Bu məqsədlə Samir Kamrana 85 min manat pul verib. Hətta bunu təsdiq edən şahidlərin olmasına baxmayaraq, həmin pul sahibinə qaytarılmayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !