Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - Statistika

13:15 | 24.06.2024
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - Statistika

Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - Statistika

Azad olunan ərazilərdə iyunun 17-23-da 108 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 204 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.


Məlumata əsasən 946,3 hektar ərazi minalardan təmizlənib.
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 369 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb