“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin ixracı azalıb

13:05 | 30.12.2023
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin ixracı azalıb

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin ixracı azalıb

2023-cü ilin dekabrında  "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 21 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 milyon ABŞ dolları yaxud 47,5 % azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı "İxrac icmalı”nın dekabr sayında bildirilir.

2023-cü ildə isə Mərkəzin xətti ilə 242,9 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
 
2022-ci ildə "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $269,7 milyon məbləğində ixrac həyata keçirilib (2021-ci illə müqayisədə artım 14,7%).

"Bir Pəncərə” İxraca Dəstək Mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM