Bir sıra ölkələr Ermənistanı yoldan çıxarır - Çavuşoğlu

14:04 | 04.04.2024
Bir sıra ölkələr Ermənistanı yoldan çıxarır - Çavuşoğlu

Bir sıra ölkələr Ermənistanı yoldan çıxarır - Çavuşoğlu

Fransa başda olmaqla bir sıra ölkələr Ermənistanı yoldan çıxarır. Bunu Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin Bakıda NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

"Biz bunu dəfələrlə Fransa nümayəndələrinə bildirmişik. Onlar Ermənistanı müxtəlif vasitələrlə dəstəkləmək cəhdlərindən əl çəkməlidirlər. Unutmasınlar ki, sevimli Azərbaycanımız heç vaxt tək deyil”, - Apa agentliyi Çavuşoğluna istinadan yazıb. 
 
Keçmiş nazir vurğulayıb ki, "Şuşa bəyannaməsi” deyilən sənədə görə, Türkiyə Azərbaycana hər cür dəstəyi verəcək. 

Onun fikrincə, Qərb də Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olmalıdır.

"Azərbaycan Qərbin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan, Qərb ölkələri, xüsusən də Fransa sülhün tezliklə bağlanması üçün Ermənistana təzyiq etməlidir”, - Çavuşoğlu bildirib.

Gülnar 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM