Birbank
Biznes hər zaman fərdi sahibkarlar üçün rahat və əlçatan funksiyalar, o cümlədən
fərqli məhsullar təqdim edir.
Belə ki, Birbank Biznes mobil tətbiqinə əlavə
edilən yeni funksiya sayəsində fərdi sahibkarlar artıq bank filiallarına getmədən
və veb sayt üzərindən qeydiyyatdan keçmədən mobil tətbiq vasitəsilə onlayn
hesab aça bilərlər.
Bunun üçün Birbank Biznes
mobil tətbiqini yüklədikdən sonra "müştəri ol” düyməsinə keçid edərək şəxsi və
şirkət haqqında ilkin məlumatları doldurmaq, "Asan İmza” ilə müqavilə
imzalayaraq və video üz tanıma prosedurlarını tamamlayaraq ortalama 3 dəqiqə
müddətində hesab açmaq mümkündür.
Vaxt itirmədən https://onelink.to/ej5bbu linkinə keçid edərək Birbank Biznes mobil tətbiqini
yükləyə və sahibkar hesabı aça bilərsiniz.
Qeyd edək ki, Birbank Biznes mobil tətbiqində biznes sahiblərinin mütəmadi
istifadə etdiyi bir sıra xidmətlər var:
- Onlayn biznes hesablarının açılması
- Ölkədaxili və beynəlxalq köçürmələrin edilməsi
- Nağdsız valyuta mübadiləsi
- Biznes krediti üzrə müraciətlərin edilməsi
- Cari və kart hesabından QR-nağdlaşdırma
- Mobil POS sifarişi və əməliyyatların qəbulu
- Biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
- Əməkhaqqı kartlarına mədaxil
- POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə
olunması
- Kliklə ödə xidməti
- Süni intellekt əsaslı "Çat” sorğu xidməti
- HÖP ödənişləri ( büdcə, kommunal və s.) xidmətinin həyata keçirilməsi
- Sərəncamlara nəzarət və s.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !