Ölkənin
ilk rəqəmsal bankı Birbank maliyyə bazarına hərəkət gətirəcək yeni Birbank Star
kartını təqdim edir. "Birbank Star ilə sənə olar” sloqanı ilə istifadəyə verilən
kart, kredit kartlarının sahib olduğu ənənəvi şərtlərdən tamamilə uzaqdır. Belə
ki, Birbank Star sahibinə maliyyə azadlığı ilə yanaşı, çətin və qarışıq qrafiklər,
mürəkkəb kredit hesablamalarından uzaq olmağı vəd edir.
Bu kartı
xüsusi edən isə faizsiz və komissiyasız ödəniş imkanlarına sahib olmasıdır. Belə
ki, bütün banklara məxsus bankomatlardan nağdlaşdırma, onlayn ödənişlər, pul
köçürmələri, tranferlər də daxil olmaqla heç bir əməliyyata komissiya və faiz tətbiq
edilmir. Birbank Star-ı minimum 500 manat, maksimum 30 000 manatadək məbləğlə
əldə edə bilərsiniz. Eyni zamanda kart istifadəçiləri 7500-dən çox partnyor
brenddən alış-veriş zamanı 30%-dək keşbek, üstəlik 2 qat ƏDV qazanacaqlar.
Ödəniş şərti
isə olduqca sadədir. İstifadə edilən məbləğ ayın sonuncu gününədək karta
qaytarılmalıdır. Ödəniş vaxtında edilmədiyi halda hər 500 manat məbləğə görə 10
manat xidmət haqqı ödənilir.
Kartı ən yaxın Kapital Bank filialından, Birbank mobil tətbiqindən və
onlayn formada kapitalbank.az, birbank.az vebsaytlarından müraciət edərək
əldə etmək mümkündür. Onu da qeyd edək ki, bu kartı həm fiziki, həm də rəqəmsal
formada istifadə etmək mümkündür. Fiziki olaraq sifariş edilən kart haqqında
məlumatlar dərhal müştərinin Birbank
mobil tətbiqində əks olunur. Müştəri kartı əldə etdikdən sonra isə aktivləşir.
Kart yalnız rəqəmsal versiyada sifariş edilərsə dərhal mobil tətbiqdə görünür
və istifadəsi həmin andan etibarən mümkün olur. Onlayn kanallardan sifarişlərdə
Bakı şəhəri üzrə ünvana çatdırılma xidməti də mövcuddur.
Birbank
Star kartı haqqında ətraflı məlumat üçün link: https://b-b.az/bs
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !