• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşüb

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşüb
28.10.2025 18:19

Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə beynəlxalq parlament konfransının əhəmiyyəti vurğulanaraq, konstitusiyanın dövlətin hüquqi təməllərinin möhkəmləndirilməsi, cəmiyyətin inkişafı, siyasi sabitliyin təmin olunması və vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynadığı qeyd edilib.

Bildirilib ki, Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu mənada həm mühüm siyasi əhəmiyyət, həm də rəmzi məna daşıyır.

Görüşdə ölkələr arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, bu əlaqələrin dərinləşməsində ölkə liderlərinin xüsusi rolu vurğulanıb. Eyni zamanda, ikitərəfli münasibətlərin genişlənməsində qanunverici orqanların həm ikitərəfli əsasda, həm də müxtəlif platformalarda əməkdaşlığı yüksək qiymətləndirilib.

Söhbət zamanı, bu ay İslamabadda keçirilən Azərbaycan–Pakistan–Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü məmnuniyyətlə xatırlanaraq, onun nəticələri yüksək dəyərləndirilib və həmin görüşün dövlətlərarası münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol