Birinci rübdə Azərbaycandan pomidor ixracı 23% azalıb

14:44 | 25.05.2023
Birinci rübdə Azərbaycandan pomidor ixracı 23% azalıb

Birinci rübdə Azərbaycandan pomidor ixracı 23% azalıb

Cari ilin 4 ayında  Azərbaycan 24,491 min ton pomidor ixrac edib ki, bu da 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 22,9% azdır.Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib. 

İxrac edilən pomidorun ümumi dəyəri 31 milyon 169,8 min dollar (azalma 19,7%) qiymətləndirilir.

Hesabat dövründə Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. 2023-cü ilin yanvar-martında Rusiyaya 28 milyon 984,53 min ABŞ dolları məbləğində 23,427 min ton ixrac edilib. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə fiziki ifadədə Rusiyaya pomidor ixracı 24 ,4%, dəyər ifadəsində 22,4% azalıb.

2022-ci ildə Azərbaycan 167 milyon 608,53 min dollar dəyərində 141,419 min ton pomidor ixrac edib, 2022-ci ildə də Azərbaycan pomidorunun əsas idxalçısı Rusiya olub. O cümlədən, Rusiya Federasiyasına 161 milyon 595,58 min dollar məbləğində 137,586 min ton ixrac edilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb