"Oktyabrın 13-də Bişkekdə Rusiya Federasiyasının Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək”, - dövlət başçısının köməkçisi bildirib.
Sammitdə Rusiya liderindən başqa Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri də iştirak edəcək. Ermənistanın baş naziri görüşə qatılmaqdan imtina edib.
Uşakov bildirib ki, ənənəvi olaraq yalnız liderlərin iştirakı ilə dar tərkibdə görüş planlaşdırılır. Daha sonra şuranın geniş tərkibdə iclası keçiriləcək, burada nümayəndə heyətləri də iştirak edəcək.
"Sammit nəticəsində kifayət qədər əhəmiyyətli birgə sənədlər paketinin imzalanması gözlənilir və tədbirin sonunda həmişə olduğu kimi, rəsmi qəbul olacaq”, - Kreml nümayəndəsi bildirib.
Putinin sammit çərçivəsində İlham Əliyevlə görüşü gözlənilir.
Aytac
Bizi sosial şəbəkələrdə izləyin !