Biz Aİ missiyasının Ermənistanda olmasını alqışlamırıq - Yuri Uşakov

09:25 | 08.10.2024
Biz Aİ missiyasının Ermənistanda olmasını alqışlamırıq - Yuri Uşakov

Biz Aİ missiyasının Ermənistanda olmasını alqışlamırıq - Yuri Uşakov

Bakı və İrəvan arasında danışıqlar prosesinin heç də bütün iştirakçıları Aİ-nin Ermənistandakı missiyasının genişləndirilməsi faktını alqışlamırlar. Bunu  Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. 
 
"Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti birmənalı qarşılanmır. Təəssüflə qeyd edim ki, bu missiya getdikcə genişlənir. İyunda onun tərkibində 138 nəfər var idisə, indi 210-a yaxındır. Və missiyanın tərkibinin 600-ə çatdırılması planlaşdırılır. Siz, əlbəttə ki, onların orada nə etdiyini təsəvvür edə bilərsiniz”, - Uşakov Ria Novostiyə müsahibəsində deyib. 
 
Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə (əvvəlki 138 əvəzinə) genişləndiriləcəyini elan edib. Ermənistan hökuməti son iclasların birində Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, praktiki olaraq onu diplomatik statusa bərabərləşdirib.
 
 Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti