“Biz Bakını istəyirdik” - Şenol Günəş

23:25 | 30.11.2019
“Biz Bakını istəyirdik” - Şenol Günəş

“Biz Bakını istəyirdik” - Şenol Günəş

Xəbər verdiyimiz kimi, Avro-2020-nin Rumıniyanın paytaxtı Buxarestdə keçirilən püşkatma nəticələrinə əsasən, Türkiyə millisinin iki Bakıda keçiriləcək.

"Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, millinin baş məşqçisi Şenol Günəş püşkatmanın nəticələri ilə bağlı açıqlama verib. O, millinin oyunlarının Bakıda keçiriləcəyindən məmnun qaldıqlarını bildirib:

"Hər kəsin istəmədiyi bir hadisə var idi, amma biz Bakını istəyirdik. Uzun bir səyahət olsa da, Azərbaycanda öz meydanımızda oynayacağımızı düşünürük. Bu baxımdan sevindik. İnşallah, qrupdan çıxaraq gözəl günlər görərik”.

Qeyd edək ki,  iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakıda keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti