Şəhər, rayon, qəsəbə, kənd - Azərbaycanda inzibatı bölgülər əsasən belə aparılır. Daha sonra bu inzibatı bölgülər yenidən küçələrə bölünür. Əvvəllər şəhər küçələri ilə kənd, qəsəbə küçələri arasında fərq olardı. Fərqin əsasını isə şəhər küçələrinin nisbətən dar, amma asfalt döşəməli olması, kənd, qəsəbə küçələrinin isə torpaq, daş döşəməli və nisbətən geniş olması təşkil edirdi.
Amma son zamanlar bu fərq demək olar ki, aradan götürülüb. Şəhər, qəsəbə, kənd küçələri arasında elə bir əsaslı fərq qalmayıb.
ANN.Az-ın fotoreportyoru bugünlərdə Bakının köhnə qəsəbələrindən olan Zabratda olub. Qəsəbənin əsas küçələrindən birinin - Babək küçəsinin son vəziyyətini kameranın yaddaşına köçürüb. Payız fəsli, intensiv yağışların yağması onsuz da pis gündə olan küçəni keçilməz edib.
Əməkdaşımızın bir şəhər küçəsindən hazırladığı fotosessiyanı oxuculara təqdim edirik.
Fotoların müəllifi Fərqanə Novruzovadır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !