Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın tərkib hissəsi açıqlanıb

16:17 | 25.10.2024
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın tərkib hissəsi açıqlanıb

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın tərkib hissəsi açıqlanıb

Biznes mühiti və  beynəlxalq reytinqlər üzrə Komissiyaya 25 işçi qrupu, 4 altqrup və 2 əlaqələndirmə qrupu daxil edilib. Bunu Prezident Administrasiyasının (PA) İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev   bildirib.

O bildirib ki, işçi qruplarının tərkibində qeyri-dövlət təşkilatlarının iştirakı, hazırlanan islahat layihələrində özəl sektorun və vətəndaş cəmiyyətinin rəyinin müntəzəm və sistemli qaydada nəzərə alınmasına imkan yaradacaq.


" Təşkilatın ümumi sayı 700 nəfərdir. Buraya 14 nazirlik, 67 komitə və təşkilatlar, 55 özəl sektor və banklar, 40 QHT və biznes assoslasiyaları, 12 akademik müəssisələr, iştirak edən qrumların sayı 188 nəfərdir”, - Vüsal Şıxəliyev Dünya Bankı Qrupunun «Business Ready» hesabatından irəli gələrək iqtisadi islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası ilə bağlı keçirilən tədbirdə vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 iyul 2016-cı il 2199 nömrəli Sərəncamı ilə Biznes Mühiti və Beynəlxalq reytinq üzrə Komissiya yaradılıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM