"BlackBerry Classis" satışa çıxdı - FOTO

19:40 | 23.12.2014

"BlackBerry Classis" satışa çıxdı - FOTO

Kanadanın texnoloji nəhəngi hesab olunan "BlackBerry" son istehsal etdiyi malını - "BlackBerry Classis" ABŞ-da satışa çıxarılıb.

ANN.Az xəbər verir ki, "Apple" və "Samsung"la rəqabətə dözə bilməyən "BlackBerry" sonuncu "gülləsini havaya" atdı. Bundan əvvəl "Passaport" modeli ilə proqnozlaşdırdığı uğuru əldə edə bilməyən şirkət sonuncu ağıllı telefonu ilə yüksəliş əldə etmək niyyətindədir.

Tək əllə istifadədə ideal hesab olunan "BlackBerry Classis" 3.5 inç. böyüklüyündə və 720x720 piksel sensor ekranlıdır. 8 megapiksel ana kameraya, 2 megapiksel ön kameraya, eyni zamanda 16 GB yaddaş tutumuna malikdir. Bundan əlavə cihazın yaddaşı MicroSD kart vasitəsilə 128 GB-a qədər yüksələ bilir

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM