Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistandan olan qaçqınlar üçün təcili 97 min dollara ehtiyac olduğunu açıqlayıb. Bu barədə təşkilatın rəsmi səhifəsindəki hesabatda qeyd olunub.
"136,000 qaçqın və 95,000 yerli ev sahibi icmaların üzvləri də daxil olmaqla, təxminən 231,000 insanın dəstəyə ehtiyacı var. Plan qışın yaxınlaşması ilə bağlı yaranacaq çətinlikləri aradan qaldırmağı nəzərə alır. Sentyabrın sonunda hərbi əməliyyatların "şiddətlənməsi"ndən sonra bir həftədən az müddətdə Ermənistana 100 mindən çox "qaçqın" gəlib. Yeni gələnlər arasında 30 minə yaxın uşaq, o cümlədən hamilə qadınlar, əlillər və xroniki xəstəlikləri olan digər şəxslər var. "Qaçqınlar"ın yarıdan çoxu qocalar və uşaqlardır”, - müraciətdə deyilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi beynəlxalq ictimaiyyəti Ermənistandan olan "qaçqınlara" dəstək verməyə çağırıb.
Politoloq Əziz Əlibəyli hesab edir ki, Ermənistan Qarabağdan gedən erməniəsəilli vətəndaşlara pasport verməklə və onları qaçqın kimi göstərməklə beynəlxalq təşkilatlardan daha çox pul yığmaq istəyir.
"Qaçqın və məcburi köçkün statusu daxili qanunvericiliyə görə fərqlidir. Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin edir. Erməni tərəfi isə ümumi şəkildə onlara öz ölkə pasportunu verməklə qaçqın düşmələri üçün şərait yaradır. Burada əsas məqsəd beynəlxalq təşkilatlardan külli miqdarda humanitar yardım əldə etmək idi”, - politoloq qeyd edib.
O bildirib ki, Ermənistanın tələbi ilə BMT-nin missiyası Qarabağa iki dəfə səfər edib və proseslərə nəzarət edir.
Nikol Paşinyanın Ermənistanın Qarabağdan qayıdan şəxsləri üçün 20 milyon dollar ayrıldığını açıqlayıb.
ABŞ Qarabağ ermənilərinə dəstək olmaq üçün 11,5 milyon dollar ayırıb. Bundan sonra isə Yaponiya və İtaliya hər biri 4 milyon avro ayırdığını qeyd edib.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !