BMT-nin xüsusi məruzəçisi Azərbaycana gəlir

13:47 | 14.05.2014
BMT-nin xüsusi məruzəçisi Azərbaycana gəlir

BMT-nin xüsusi məruzəçisi Azərbaycana gəlir

BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani 18-24 may tarixlərində Azərbaycanda səfərdə olacaq.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanda məcburi köçkünlərin ümumi vəziyyətini araşdırmaqdır.

 

Ç. Beyani bir həftə ərzində Bakı və Sumqayıt şəhərlərində yerləşən məcburi köçkünləri və çox sayda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələri ziyarət edəcək.

 

O, Azərbaycan hökuməti, yerli icra hakimiyyəti orqanları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər keçirəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti