2024- cü il qlobal inflyasiyanın 3,9%-ə enəcəyi gözlənilir. Bu barədə BMT-nin "Dünya İqtisadi Vəziyyəti və Perspektivləri 2024" hesabatıda qeyd olunub.
Dünyada 2022-ci il infilyasiya 8,1%, 2023-cü il isə 5,7% olub.
BMT-nin hesabatında qeyd olunur ki, ərzaq qiymətlərinin infyasiyası kritik problem olaraq qalır.
2023-cü il təxminən dünyada 238 milyon insan kəskin qida çatızmazlığı problemi ilə üzləşib ki, bu da 2022-ci illə müqayisədə 21,6 milyon artım deməkdir.
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə inflyasiyanın səviyyəsinin gözlənildiyindən daha sürətlə aşağı düşdüyünü qeyd edir.
Noyabrda ərzaq qiymətləri indeksi illik müqayisədə 10,7% azalıb.
Valyuta bazarında tarazlığın qorunması şəraitində 2023-cü ilin 11 ayı ərzində manatın nominal effektiv məzənnəsinin 19,5% möhkəmlənməsi idxal inflyasiyasının azalmasında mühüm rol oynayıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !