• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

BMT Rusiya Kənd Təsərrüfatı Bankı ilə əməliyyatların təmin edilməsi üzrə işlərdən danışıb

BMT Rusiya Kənd Təsərrüfatı Bankı ilə əməliyyatların təmin edilməsi üzrə işlərdən danışıb
22.05.2023 22:08
Dünya təşkilatı Rusiya Kənd Təsərrüfatı Bankı ilə əməliyyatları təmin etməyə çalışır. Bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

"Birincisi, Rusiya Kənd Təsərrüfatı Bankı vasitəsilə tədarükləri təmin etmək üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik",- baş katibin sözçüsü deyib.


Düjarrikin sözlərinə görə, bu əməliyyatları SWIFT beynəlxalq ödəniş sistemindən kənarda aparmaq imkanları var.


"Aydındır ki, SWIFT çərçivəsində bu, daha asan olardı, lakin biz təchizatları təmin etmək üçün Aİ, Böyük Britaniya, ABŞ, Rusiya və digərləri də daxil olmaqla, bütün həmsöhbətlərimizlə əlaqə saxlamağa davam edəcəyik", - o bildirib.


Düjarrik əlavə edib ki, BMT-nin Ticarət və İnkişaf Konfransının rəhbəri Rebeka Qrinspan "daim bunun üzərində işləyir”.


Bundan əvvəl Avropa İttifaqının xarici xidmətinin nümayəndəsi Piter Stano bildirmişdi ki, siyasi blok "Rosselxozbank”ı SWIFT beynəlxalq ödəniş sisteminə yenidən qoşmaqdan imtina edib.


Diplomatın sözlərinə görə, SWIFT-lə əlaqənin kəsilməsi Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsinə cavab olaraq müttəfiqləri olan Avropa ölkələrinin tətbiq etdiyi sanksiyaların bir hissəsidir, ona görə də onlar yalnız münaqişə bitdikdən sonra yumşala və ya götürülə bilər.
 
Eltac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
İqtisadiyyat 16:48
Bu il aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Siyasət 14:53
Əfqanıstan 18-ci İƏT sammitinin Kabildə keçirilməsini təklif edib
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Siyasət 12:21
Ərdoğan İƏT Zirvəsində iştirak üçün Azərbaycana gəlib
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!
İqtisadiyyat 10:52
Partnyorlarda alış-veriş et, faizsiz taksitlə ödə!

Dünya bazarlarında neft cüzi ucuzlaşıb
İqtisadiyyat 09:22
Dünya bazarlarında neft cüzi ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol