• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur - Hikmət Hacıyev

BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur - Hikmət Hacıyev
20.09.2023 18:19

Bəzi dövlətlərin bizə qarşı çevik bəyanatları bizi narahat edir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O, qeyd edib ki, bütün bunlara rəğmən, beynəlxalq ictimaiyyət və tərəfdaşlarımız bu məsələlərlə bağlı daimi məlumatlandırılır: "Azərbaycan Respublikasının legitim narahatlığı onların diqqətinə çatdırılırdı. Əfsuslar olsun ki, birtərəfli bəyanatların sülh gündəliyinə xidmət etdiyini düşünmürük”.

Prezidentin köməkçisi BMT-nin hər hansısa bir aləti tətbiq etməyinə ehtiyac olmadığını düşündüyünü bildirib.

O, qeyd edib ki, bu cür mühüm məsələlər yerlərdə lokal səviyyədə həll tələb edir: ”Belə bir iclas çağırılarsa, heç də xeyirli və səmərəli olmayacaq. Biz istəməzdik ki, bu kövrək vəziyyət daha da pisləşsin. Yəni bu iclasın keçirilməsinə ehtiyac yoxdur. Olarsa, Azərbaycan öz legitim narahatlığını ifadə etməyə hazırdır”.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Bu gün isə qeyri-qanuni erməni silahlı dəstələri təslim olub. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anqola lideri İlham Əliyevə zəng edib
Siyasət 09:03
Anqola lideri İlham Əliyevə zəng edib
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
Siyasət 00:07
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Siyasət 16:36
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Prezident onları təltif edib - Siyahı
Siyasət 16:30
Prezident onları təltif edib - Siyahı
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Siyasət 14:25
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək
Siyasət 13:54
Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol