Boksçumuz yarım finalda - FOTOLAR

13:10 | 23.06.2015
ANN.Az xəbər verir ki, "Kristal Hall" Arenada bugün qadınlar arasında 51-54 kq çəki dərəcəsində boks yarışları keçirilib.

1/4 final mərhələsində ölkəmizi təmsil edən Anna Əlimərdanova bolqarıstanlı rəqibi Petrova Stranimina ilə görüşüb. Gərgin keçən yarışda təmsilçimiz qalib gələrək yarım finala vəsiqə qazanıb.

Xatırladaq ki, bu axşam boks yarışlarının final görüşləri keçiriləcək.
 
Orxan Aslanlı
 

 
 
 
 
 
 


www.ann.az

Tərəfdaşların xəbərləri

REKLAM