“Manevr üçün olduqca balaca meydanı qalan Ermənistan putinizmin balaca bir satellitinə çevrilib”.
Musavat.com-un məlumatına görə, bunu Rusiya baş nazirinin sabiq 1-ci müavini, Rusiya müxalifətinin liderlərindən və Putinin əsas opponentlərindən olan Boris Nemtsov erməni saytına müsahibəsində deyib.
“Sizə məsləhət vermək mənə çox çətindir. Rusiya layihələrinə qoşulan Ermənistanın həqiqətən manevr imkanı, demək olar, qalmayıb. Çünki Ermənistanın iqtisadiyyatı bütünlüklə Rusiyadan asılıdır, coğrafi cəhətdən digər ölkələrin bazarlarından təcrid edilib. Ölkənizin halına yalnız acımaq qalır. Avtoritarizm yolu heç bir ölkəyə uğur gətirə bilməz. Ələlxüsus da ən iyrənc Rusiya diktaturası ilə uğur mümkün deyil”, - deyə müxalifət lideri işğalçı ölkənin durumunu şərh edərkən söyləyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !