Bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bir neçə gün bundan əvvəl sosial şəbəkədə məlumat vermişdi.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, BP şirkətinin Azərbaycandakı nümayəndəliyi "BP Azərbaycan”nın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ixtisarlarla bağlı Mirvari Qəhrəmanlının bu açıqlamasına münasibət bildirib.
"Bu işçiləri ASCO şirkəti işdən azad edib, yəni onlar BP-nin işçiləri deyil. Bu məsələni BP-nin podratçısı olan ASCO şirkəti ilə dəqiqləşdirmək lazımdır
Onu da əlavə etmək istəyirəm ki, biz bütün podratçılarımızla olan müqavilələrimizin işçilərlə bağlı müddəalarının yerli qanunvericiliyə uyğun olmasını daim nəzarətdə saxlayırıq və göstərdiyiniz halı da hazırda araşdırırıq”- deyə, o bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !