BP Azərbaycanda yeni böyük qaz ehtiyatlarının aşkarlanacağını gözləyir - Birrell

12:19 | 01.06.2023
BP Azərbaycanda yeni böyük qaz ehtiyatlarının aşkarlanacağını gözləyir - Birrell

BP Azərbaycanda yeni böyük qaz ehtiyatlarının aşkarlanacağını gözləyir - Birrell

Böyük Britaniyanın  ВР şirkəti Azərbaycanda yeni böyük qaz ehtiyatlarının aşkarlanacağını gözləyir. Bu barədə şirkətin icraçı direktoru Qordon Birrell bildirib.

"Bp hazırda  Azəri-Çıraq-Günəşli yataqlarının dərinsulu hissəsindəki qaz ehtiyatları haqqında daha ətraflı məlumat əldə etmək üçün "Azəri-Çıraq-Günəşli” yataqlar blokunda qiymətləndirmə quyusu qazır. Eyni zamanda, "Şahdəniz” yatağında kəşfiyyat quyusunun qazılması üzrə işlər aparılır. Ümid edirəm ki, bu işlərin nəticəsində böyük qaz kəşfləri olacaq ki, bu da Avropaya qaz ixracını artırmağa imkan verəcək”, - cümə axşamı Birrell Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

Şirkətin prioritetləri barədə danışan Birrell BP-nin strategiyasını yenilədiyini vurğulayıb. Onun sözlərinə görə, BP qısa geri qaytarılma dövrü ilə neft-qaz layihələrinə investisiyaları ildə 1 milyard dollar artırmağı planlaşdırır. Eyni zamanda, şirkət öz səylərini aşağı karbonlu enerji mənbələrinin inkişafına yönəldib.

"Biz enerji səmərəliliyinə sadiq qalırıq. Bununla bağlı Azərbaycanda Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini planlaşdırırıq” , - Birrel deyib. 
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb