BQXK Qarabağdakı erməni vətəndaşlara baş çəkib - FOTO

17:24 | 19.10.2023
BQXK Qarabağdakı erməni vətəndaşlara baş çəkib - FOTO

BQXK Qarabağdakı erməni vətəndaşlara baş çəkib - FOTO

Beynəxalq Qırmızı Xaç Komitəsi  Qarabağda yaşayan erməniəsilli vətəndaşlara yardım üçün köməyə gedib. Bu barədə qurumun açıqladığı bəyanatda qeyd olunub.
 
Son döyüş əməliyyatlarının ardınca baş vermiş kütləvi köçdən sonra biz Qarabağdakı icmalara kömək etmək üçün onlara baş çəkirik.mQış mövsümünün astanasında əməkdaşlarımız ehtiyac içində olanlarla soraqlaşmağa və onlara dəstək göstərməyə davam edir", - məlumatda qeyd olunub. 

Bundan əvvəl BMT müşahidə missiyası Qarabağa iki dəfə monitorinq keçirmək üçün səfər edib. Qarabağa səfər edən BMT missiyası yerlərdəki vəziyyətlə tanış olacaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən edib. 
 
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal əməliyaytların keçirilməsini elan edib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub. Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər. 
 
Ermənistan tərəfi Qarabağdı tərk edən erməənilərin sayının 100 mini keçdiyini açıqlayıb. Azərbaycan tərəfi reiteqrasiya ilə bağlı rəsmi sayt yaradıb. Qarabağda qalan ermənilər vətəndaşlıq üçün rəsmi müraciət edə bilər. 
 
Bundan əvvəl Beynəxalq Qızım Xaç Komitəsi Qarabağda yaşayan ermənilər üçün bir neçə dəfə humanitar yardım aparıb. 
 
Gülnar Nazimqızı 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM