“Brand Credit” BOKT-un xalis mənfəəti açıqlanıb

16:37 | 29.05.2024
“Brand Credit” BOKT-un xalis mənfəəti açıqlanıb

“Brand Credit” BOKT-un xalis mənfəəti açıqlanıb

2023-cü ildə "Brand Credit” bank olmayan kredit təşkilatının (BOKT) xalis mənfəəti 311 min 362 manat olub ki, bu da əvvəlki ilə müqayisədə 18,8% azdır. Bu barədə "Brand Credit” bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü il üzrə maliyyə hesabatlarında qeyd olunub.
 
Hesabat dövründə təşkilatın xalis faiz gəlirləri 1 milyon 310.8 min manat (2,4% azalma), mənfəət vergisindən əvvəlki gəlirləri isə 366,6 min manat (20,6% azalma) olub. 

Ötən il təşkilatın cəmi aktivləri 5 milyon 657.3 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 20,8% və ya 974,5 min manat çoxdur.

Hesabat dövründə təşkilatın müştərilərə verdiyi kredit (kredit portfeli) əvvəlki illə müqayisədə 31.8% artaraq 5 milyon 211.8 min manat təşkil edib ki, bununla da təşkilatın kredit portfelinin altivlərdəki payı 84.5%-dən 92.1%-ə yüksəlib.
 
Bu zamanda təşkilatın cəmi öhdəliklərinin həcmi  3 milyon 628.3 min manata bərabər olub( 40% və ya 1 milyon 35.6 min manat artım). BOKT-un müddətli borc öhdəlikləri isə 89.5% artaraq 2 milyon 637 min manat təşkil edib.
 
Brand Credit Azərbaycan bazarında 2011-ci ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. "Brand Credit"-in Nizamnamə kapitalı 900 000 manatdır. Təşkilatın Nizamnamə kapitalı 3 fiziki şəxs tərəfindən təsis edilib. Hazırda təşkilatın paytaxt və regionda olmaqla iki filialı fəaliyyət göstərir.

Aygün


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM