"Bravo" marketə silahlı hücumda ittiham olunan şəxsin atasından ŞİKAYƏT - VİDEO

16:44 | 31.03.2023

"Bravo" marketə silahlı hücumda ittiham olunan şəxsin atasından ŞİKAYƏT - VİDEO

Bakının Xətai rayonundakı "Bravo" marketə 2023-cü il martın 4-də baş verən silahlı hücum zaman  həbs edilən Araz Məmmədovun atası Ağasalam Məmmədov Binəqədi rayon prokurorluğunun qarşısında etiraz aksiyası keçirib.
 
Şikayətçi oğlunun günahsız olduğunu bildirib.
 
"Oğlum sonuncu dəfə fevralda öldürülən Ruhlan İsmayılov ilə görüşüb. Həmin görüşü əsas gətirərək, prokurorluq  oğlumu həbs edib. Oğlum günahsızdır",- şikayətçi bildirib.
 
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir ki, Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində "Unibank Kommersiya Bankı" ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Məlumatda deyilir ki, hadisənin hipermarketdə banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.

 Daha Ətraflı videomaterialı diqqətinizə çatdırırıq:
 

 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb