Fizika və biologiya fənlərinin 6-cı sinifdən tədrisi bərpa olunmalıdır - millət vəkili/ VIDEO

19:25 | 09.06.2023
Fizika və biologiya fənlərinin 6-cı sinifdən tədrisi bərpa olunmalıdır  -  millət vəkili/ VIDEO

Fizika və biologiya fənlərinin 6-cı sinifdən tədrisi bərpa olunmalıdır - millət vəkili/ VIDEO

Azərbaycanın orta ümumtəhsil məktəblərində fizika və biologiya fənlərinin 6-cı sinifdən tədrisi bərpa edilməlidir. Bunu millət vəkili Tahir Kərimli bildirib. 
 
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə  fənlərin say və standartlarına, məzmununa yenidən baxaraq 6-cı sinifdə fizika və biologiya fənləri üzrə təhsil dayandırmaq barədə qərar qəbul edib. 
 
Bu barədə məlumat verən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, gələn ildən 5-ci siniflərdə Təbiət dərsliyinin tədrisinə başlanılacaq, əvəzinə isə 6-cı siniflərdə biologiya və fizika dərslikləri tədris olunmayacaq.
 
Millət vəkili Tahir Kərimli bununla razı deyil.
 
"Orta ümumtəhsil məktəblərində 6-cı sinifdə fizika və biologiya fənləri üzrə təhsil dayandırılıb. BU düzgün deyil. Bu elmlər fundamental elmlərdir. Onların tədrisi hətta deyərdim 4-5-ci sinifdən həyata keçirilməlidir",  -  millət vəkili cümə günü MMilli Məclisin plenar iclasında söyəyib.   




 
 
Gülnar Nazimqızı
Kənan Əzizli

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb