Braziliya məhkəməsi Ronaldinyonun pasportuna həbs qoydu

11:25 | 03.11.2018
Braziliya məhkəməsi Ronaldinyonun pasportuna həbs qoydu

Braziliya məhkəməsi Ronaldinyonun pasportuna həbs qoydu

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun pasportuna həbs qoyulub.

Anews.az Report.az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Riu-Qrandi-du-Sul ştatının məhkəməsi qəbul edib. 38 yaşlı veteran idmançı 2015-ci ildə qardaşı ilə birlikdə qanunsuz anbar və balıqçılıq platformasının tikintisinə görə təyin edilən 2 milyon avro cəriməni ödəmədiyi üçün sanksiya ilə üzləşib.

Qeyd edək ki, Braziliya yığmasının sabiq üzvü olan Ronaldinyo karyerası ərzində Fransanın PSJ, İspaniyanın "Barselona" və İtaliyanın "Milan" kimi tanınmış klublarının formasını geyinib. O, bu ilin yanvarında peşəkar karyerasını başa vurub.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM