Braziliyada üç günlük matəm elan edilib - Yenilənib

08:19 | 10.08.2024
Braziliyada üç günlük matəm elan edilib - Yenilənib

Braziliyada üç günlük matəm elan edilib - Yenilənib

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva San-Paulu ştatında baş verən təyyarə qəzası ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
 
Prezident bu barədə "X” sosial şəbəkəsindəki hesabında yazıb:

"Vinyedudakı faciəli hadisənin 61 qurbanının xatirəsinə ölkədə 3 gün rəsmi matəm elan edirik”.

Braziliya lideri yazının altında matəm elan edən fərmanın mətnini də dərc edib.

 23:19

Braziliyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 60-dan çox insan həlak olub.Bu barədə Vineydu şəhərinin prefekturası məlumat yayıb.

Təyyarə Kaskaveldən (Parana ştatı) 58 sərnişin və dörd heyət üzvü ilə Quarulyos (San Paulo ) istiqamətində uçurmuş. Vineydu şəhərinin yaşayış yerlərindən birinə düşüb.Qəzanın səbəbləri məlum deyil.


 21:59

Braziliyada göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinyedu bələdiyyəsi ərazisində qəzaya uğrayıb.Bu barədə G1 portalı xəbər yayıb.
 
Məlumata görə, söhbət ATR 72 modelinin təxminən 68 sərnişinin daşınması üçün nəzərdə tutulmuş təyyarəsindən gedir. Təyyarə Kaskaveldən Quarulosa daxili reys edib.

Portal ölənlər və ya xəsarət alanlar haqqında məlumat verməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM