BRİKS sammitində Ermənistanı Paşinyan təmsil edəcək

14:53 | 06.09.2024
BRİKS sammitində Ermənistanı Paşinyan təmsil edəcək

BRİKS sammitində Ermənistanı Paşinyan təmsil edəcək

Oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində Ermənistanı Nikol Paşinyan təmsil edəcək. Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
 
Bir neçə gün əvvəl Rusiya hakimiyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Kazanda keçiriləcək BRİKS sammitində iştiraka dəvət etdiyini açıqlayıb. 
 
BRİKS-in genişləndirilməsi məsələsi oktyabrın 22-24-də Kazanda keçiriləcək qarşıdakı sammitdə müzakirə oluna bilər.
 
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər. 
 
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
 
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
 
Hazırda təşkilatın 10 üzvü var.

 
Gülnar


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür