Britaniya şahzadəsi İslama çağırdı

14:18 | 17.05.2014
Britaniya şahzadəsi İslama çağırdı

Britaniya şahzadəsi İslama çağırdı

Şahzadə Çarlz: "Ətrafı qorumaq üçün İslamın mənəvi prinsiplərini izləməliyik"Çox qəribə də olsa İslam dininin birmənalı qarşılanmadığı Avropada, daha dəqiq desək Böyük Britaniyada İslama çağırış olub. Bu çağırışın müəllifi isə sıradan biri olmayıb, bu şəxs Böyük Britaniya krallığının vəliəhdi, Kraliça II Yelizavetanın oğlu Britaniya şahzadəsi Çarlzdır.ANS PRESS-in məlumatına görə, Şahzadə Çarlz İslama olan yaxınlığını gizlətməyərək, "İslamın izindən gedin" deyərək hər kəsə səslənib.İngiltərə şahzadəsi keçən ay Londondakı "Oxford Centre"də "İslami Çalışmalar Bölümündəki "İslam və Ətraf" adlı məruzəsini təqdim edib.Onun çıxışında səsləndirdiyi "Ətrafı qorumaq üçün İslamın mənəvi prinsiplərini izləməliyik" fikirləri müsəlman aləmində böyük rəğbətlə qarşılanıb. O, bir saatlıq çıxışında, insan oğlunun dünyanı yox etməsinin bütün müqəddəs kitablara, xüsusilə də İslam dininə zidd olduğunu söylədi.İnsan və təbiət arasındakı bölünmənin yalnız sənayeləşməklə ortaya çıxmadığını, insanın təbiətə qarşı tutumuyla da əlaqəli olduğunu ifadə edən şahzadə, bunun da müqəddəs ənənələrə zidd olduğunu düşdüyünü ifadə edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti