Çərşənbə axşamı Belçikaya işgüzar səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü paytaxt Brüsseldə, NATO-nun qərargahında qurumun Baş Katibi Anders Fogh Rasmussen ilə birgə mətbuat konfransı keçirib.Oxu.Az BBC-yə istinadən xəbər verir ki, mətbuat konfransından əvvəl Azərbaycan və NATO rəsmiləri arasında görüş keçirilib.Otağa Azərbaycan rəsmilərilə daxil olan İlham Əliyev NATO əməkdaşları ilə salamlaşmadan sonra geri çevrilərək “bu da bizim komanda” deyib və xarici işlər naziri Elmar Məmmədyarovu və digər rəsmiləri onları diqqətdən qaçırmış kimi görünən cənab Rasmussenə təqdim edib.Mətbuat konfransında hər iki tərəf Azərbaycanla NATO arasındakı əməkdaşlıqdan, xüsusilə Azərbaycanın NATO-nun Əfqanıstan üzrə 2014-cü ildən sonrakı proqramında rolundan danışıb.“Cənab Prezident, Brüsseldə sizi yenidən görməyə şadam”, cənab Rasmussen İlham Əliyevi salamlayıb və bu görüşün NATO-nun və Prezidentin “əməkdaşlığımıza öhdəliklərini əks etdirdiyini” bildirib.“Təşəkkür edirəm cənab Baş katib, dəvətə görə minnətdaram, NATO-ya qayıtmağıma və NATO ilə Azərbaycan arasında strateji danışıqları davam etdirməyə çox şadam”, Azərbaycan Prezidenti deyib.“Bu, NATO qərargahına beşinci səfərimdir, bu isə Azərbaycanla NATO arasındakı əməkdaşlığın səviyyəsini göstərir”.Çıxışlarından sonra Prezident və Baş katib jurnalistlərin suallarını cavablandırıblar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !