Ayxan Hacızadə iranlı həmkarına cavab verdi

13:09 | 01.04.2023
Ayxan Hacızadə iranlı həmkarına cavab verdi

Ayxan Hacızadə iranlı həmkarına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaniyə cavab verib.

Azərbaycan XİN sözçüsü bu barədə "Twitter” hesabında paylaşım edib.

"Azərbaycanla qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq.
Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır.Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər”, paylaşımda deyilir.

İran XİN sözçüsü "Twitter” hesabında paylaşım edərək, Azərbaycan tərəfinin İran XİN suallarına cavab vermədiyini bildirmişdi.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM