Bu çimərliyə kanalizasiya suyu axıdılır – VİDEO

23:57 | 17.06.2017
Bu çimərliyə kanalizasiya suyu axıdılır – VİDEO

Bu çimərliyə kanalizasiya suyu axıdılır – VİDEO

Suraxanı rayonunda kanalizasiya suyu birbaşa dənizə axıdılır. Yaxınlıqda isə "istifadəyə yararlıdır” qərarı verilmiş çimərlik fəaliyyət göstərir.

Anews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsindən gedir. Çirkab suların dənizə axıdılması nəticəsində ətraf əraziləri də üfunət bürüyüb.

Kanalizasiya suyunun axıdıldığı yer monitorinqlər zamanı çimərliyə yararlı ərazi kimi qeyd olunub. Çəkiliş aparılan zaman da burada çimməyə icazə verildiyini bildirən lövhələr vurulmuşdu.

Yaxınlıqda yaşayanlar deyir ki, bir neçə il əvvəl burada kanalizasiya suları borular vasitəsilə birbaşa dənizin ortasına ötürülürdü. Ancaq sonradan kimsə bu boruları çıxardaraq satıb.

Bu ərazi balıq tutanların da məskəninə çevrilib. Çirkab sudan balıq tutaraq istifadə edir və ya satırlar. Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayəndəsi Ağasəlim Əliyevlə əlaqə saxlanılıb. Onun sözlərinə görə, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Yaxın vaxtlarda problem həll olunacaq.

Xatırladaq ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Suraxanı rayonu, Hövsan qəsəbəsində , yəni bu ərazidə monitorinq keçirmişdilər. Monitorinq zamanı yaşayış evlərindən dənizə çirkab su axıdılması faktı aşkar edilib. Məhz buna görə əraziyə nəzarət edən vəzifəli şəxs cərimə edilib.

Ancaq görünən odur ki, üstündən bir il keçməsinə baxmayaraq hələ də nəticə çıxaran yoxdur.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM