Bu dünyanı istedad və gözəllik xilas edəcək - FOTOLAR

16:30 | 02.04.2015
Bu dünyanı istedad və gözəllik xilas edəcək - FOTOLAR

Bu dünyanı istedad və gözəllik xilas edəcək - FOTOLAR

Lyubov Qasımova

Bakıdan Mərdəkana 40 dəqiqəlik yol var. Mənə demişdilər ki, burada yaradıcı insanlar yaşayır. Son zamanlar "Art Studio DeMary” şokolad mağazasının direktoru Ella Bağırova bakılılar və yerli sakinlər üçün tez-tez sərgi-satış təşkil edir. Tədbirə gedib baş verənləri daha yaxından izləmək istədim.

Yarmarkada olanda, bütün deyilənlərin tam həqiqət olduğunu gördüm. Bəli, doğrudan da burada onlarla qız, oğlan və qadın var idi ki, öz gözəl əl işlərini sərgiləyir və satışın həyata keçirirdilər.

İradə Fətullayeva muncuqlardan güllər hazırlamaqla yanaşı digər mövzularla bağlı müxtəlif şəkillər də çəkir.



Təranə Cəfərova qabıqlardan şəkillər hazırlayır. Bunlar sırasında güllər, balıqlar, "Buta” ornamenti var. Təranə xanım yaradıcı insandır. Bunu onun sərgilədiyi əl işlərindən görmək olur.



İbrahim Ələsgərov bu kimi sərgilərin daimi iştirakçısıdır. O, taxtaların üzərində yandırma üsulu ilə rəsmlər çəkir, şüşələrin üzərinə rəsmlər həkk edir və dekorasiya ilə məşğul olur.



Xüsusən üç insanı fərqləndirmək istəyirəm. Onlar rəsm çəkməklə məşğul olur və bu onlarda heç də pis alınmır. Onlar Şəhla Nağıyeva, Nərgiz Qurbanzadə və Nigar Müslimovadır. Bu cavan rəssamların işlərini mən artıq üç dəfə görmüşdüm və onlar mənim diqqətimi çəkmişdi. Onların rəsmləri, dəqiqliyi, fonun düzgün verilməsi, rənglərin yerində istifadəsi və maraqlı süjetləri ilə fərqlənir.  



Ella Bağırovanın verdiyi məlumata görə, qızlar Fati Kammayevadan rəssamlıq kursları götürürlər. Mən onların hər biri ilə söhbət etdim və əmin oldum ki, onların yaradıcılığa böyük marağı var.



Ella Bağırova: "Mən Mərdəkanda yaşayan 14 yaşlı lal-kar bir qız haqqında danışmaq istəyirəm. O, lal-karlar üçün internat məktəbində təhsil alır və rəssamlıqla məşğuldur. Bundan başqa, o Türkiyədə keçirilən rəqs yarışmasında iştirak edib və qələbə qazanıb. Ona eşitmə aparatı veriblər və o, bunun vasitəsi ilə az da olsa eşidə bilir. Onun anası qızının inkişafı üçün bütün zamanını ona xərcləyir. Şəhla Fati Kammayevanın rəhbərliyi altında çalışır və artıq böyük uğurlar qazanıb. "Onun ətraf mühiti hiss etmə qabiliyyəti çox kəskin inkişaf edib və məhz buna görə o öz gördüklərini bizimlə paylaşmağa can atır. Şəhla heç zaman Rusiyada olmasa da, orada bitən ağcaqayınların rəsmlərini, eləcə də heç zaman görmədiyi okeanların şəkillərini çəkməyi bacarır. Onun son dərəcə təmiz və saf qəlbi olduğundan bütün yaradıcılığı boyu uğur qazanacağına inanıram. Belə uşaqlara kömək etmək bizim borcumuzdur. Onun anası da yaradıcı insandır. Belə ki, o muncuqlardan rəsmlər düzəldir”.  
 
Sankt-Peterburqlu rəssam, amma indi Şüvəlanda yaşayan Fati Kammayeva deyir: "Şəhla Nağıyeva onun ən sevimli şagirdlərindən biridir. O, qeyri-adi dərəcədə istedadlı və pozitivdir. Onun səbrinə yalnız heyrət etmək mümkündür. O, üç saat bir yerdə oturur və rəsm çəkir! Düşünürəm ki, onu böyük uğur gözləyir. O, buna layiqdir. Buna görə onun anasında böyük təşəkkür düşür. Şəhlaya böyük yaradıcılıq uğurları diləyirəm!”
 


Nərgiz Qurbanzadə ağıllı qızdır. O, özü haqqında bizə danışdı: "Mən 9-cu sinifdə oxuyuram. Valideynlərim rəssam deyil. Rəsm çəkməyi sevdiyimdən anam məni Fati müəllimin yanına apardı. O, mənə hər şeyi öyrətdi və buna görə ona minnətdaram. Öyrəndim ki, Ella xanım sərgilər təşkil edir və buna görə də orada iştirak etmək qərarı verdim. Birinci sərgi "Dəniz” adlanırdı. Mən bir neçə işimi gətirmişdim. Həmin sərgidə heç bir yer tuta bilmədim, amma "Afrika” sərgisində 2-ci yeri tutdum. Çox şadam ki, onlar mənim işlərimi bəyəndilər və uğur qazana bildim. Müxtəlif üslublarda işləyirəm. Mən akril rəngləri vasitəsi ilə akril vərəqlərdə çəkir, yağlı boya ilə çəkirəm və qraffitlər çəkirəm. Rəsm çəkməyi çox sevirəm və özümü inkişaf etdirməyə çalışıram”.



Və ən nəhayət Nigar Müslimova - o, 10-cu sinifdə oxuyur. Bu qız çox istedadlıdır. O, daimi olaraq "Art Studio DeMary”-nin təşkil etdiyi sərgilərdə iştirak edir.  İlk sərgidə 2-ci yeri tuta bilib. Münsiflər Heyətinin tərkibində rəssam-dizayner Fərrux Müslümov da var imiş və onun işlərindən heyrətə düşüb. "Afrika” adlı ikinci sərgidə o "Afrikalı qız” rəsmi ilə artıq birinci yerə layiq görülüb.   



"Art Studio DeMary” Mərdəkan sakinlərinə də xeyir verməkdədir. Belə ki, burada sərgilər və satışlar həyata keçirtməklə yerli sakinlər arasında əl işləri ilə məşğul olan insanlar üçün geniş imkanlar açırlar.

Fotolar Rüstəm Qasımovundur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM