Təbii peyk rekord ölçüyə və parlaqlığa nail olacaq.Bu gün 10-dan 11-nə keçən gecə yer kürəsinin əhalisi super ayı görəcək. ANS PRESS-in məlumatına görə, təbii peyk rekord ölçüyə və parlaqlığa nail olacaq.Avqustun 10-dan 11-nə keçən gecə ay böyüyəcək. Yer kürəsinin bütün əhalisi super ay adlandırılan ayı görə biləcək. Təbii peyk bu zaman yer kürəsinə daha yaxın olacaq – 356 min kilometr və ona görə 30% daha parlaq və 14% daha böyük olacaq.Bundan başqa, bu, bütün 2014-cü il ərzində ən böyük və ən parlaq ay olacaq. Gecə ulduzunu müşahidə etmək artıq axşam mümkündür: unikal hadisə – superay – saat 21-də başlanacaq.Gecə yarısından sonra yer kürəsi və ay maksimal yaxınlaşacaq və ay mənzərəsiylə nadir şəkillər, hətta kameraya və ya fotoaparata şəklini çəkmək mümkün olacaq. Hava əla kadrlara imkan yaradacaq, o, buludsuz olmağa söz verir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !