Bu gün Krımda dünya tərəfindən qəbul edilməyən referendumun başlanılacağı gözlənilir. ANS PRESS-in məlumatına görə, referendumun saat 10:00-da baş tutacaq. Səsvermə bülletenlərində 3 dildə-rus,ukrayna və krım-tatar dillərində sadəcə 2 sual qeyd edilib:
1. Siz Krımın Rusiya Federasiyası qanunlarına əsasən Rusiyaya birləşməsinin leyhinəsiniz?
2. Siz Krımın Ukraynanın 1992-ci il konstitusiyasına əsasən Ukraynanın tərkibinə bərpa edilməsinin leyhinəsiniz?
Ukrayna Konstitusiyasına görə yerli referendumların keçirilməsi faktının nəzərə alınmayıb. Krımda referendum rus qoşunlarının hücumuna sayəsində mümkün olub, dünya ictimaiyyəti, Rusiya istisna olmaqla bu referendumu qeyri-legitim hesab edir.
Xüsusən də, referendum Ukraynanın Konstitusiya məhkəməsi , Venesiya komissiyası, AB və ABŞ tərəfindən qeyri-qanuni qəbul edilib.
Qeyd edək ki, Krımda referendum Krım tatarlarının etirazına səbəb olub.
ANS PRESS