Bu gün "DÇ-2014"ün püşkü atılır

10:08 | 06.12.2013
Bu gün Braziliyanın Mata-di-San-Juan şəhərində futbol üzrə dünya çempiontının final mərhələsinin püşkü atılacaq.Qol.Az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.Reqlamentə əsasən mundialın 32 iştirakçısı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünəcək. Artıq komandaların yer aldıqları səbətlər də məlumdur.Birinci səbət FİFA-nın reytinq cədvəlinə uyğun müəyyənləşdirilib. Digər səbətlərdə isə ölkələrin olduğu qitələr nəzərə alınıb. Bu isə o deməkdir ki, Avropa istisna olunmaqla eyni qitədən olan ölkələr bir qrupa düşməyəcək. Yalnız Avropa qitəsindən olan iki komandanın eyni qrupda yer alması qaçılmazdır.Qeyd edək ki, gələn il Braziliyada təşkil olunacaq dünya çempionatının açılış oyunu iyunun 12-nə nəzərdə tutulub. Final matçı isə iyulun 13-də, Rio de Janeyronun məşhur "Marakano" stadionunda keçiriləcək.Birinci səbət: Braziliya, Argentina, İspaniya, Almaniya, Kolumbiya, Belçika, Uruqvay, İsveçrəİkinci səbət: Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Qana, Nigeriya, Çili, Ekvador.Üçüncü səbət: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta-Rika, Honduras, Meksika, ABŞDördüncü səbət: Bosniya və Herseqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Hollandiya, Portuqaliya, RusiyaANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM