Bu gün səhər Şamaxıda iki ardıcıl zəlzələ baş verib

11:10 | 27.08.2014
Bu gün səhər Şamaxıda iki ardıcıl zəlzələ baş verib

Bu gün səhər Şamaxıda iki ardıcıl zəlzələ baş verib

Bu gün səhər saatlarında Şamaxıda iki ardıcıl zəlzələ olub.Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilk zəlzələ yerli vaxtla 09:26-da Qobustandan 24 km qərbdə, Şamaxıda qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.2, dərinliyi 5 km olub. Zəlzələ hiss olunmayıb.Növbəti zəlzələ isə yerli vaxtla saat 09:47-də Qobustandan 20 km qərbdə, Şamaxıda qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.2, dərinliyi 16 km olub. Bu zəlzələ də hiss edilməyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür