Bu gündən Bakı-Krasnoyarsk-Bakı istiqaməti üzrə aviareys açılır

11:34 | 04.07.2014
Bu gündən Bakı-Krasnoyarsk-Bakı istiqaməti üzrə aviareys açılır

Bu gündən Bakı-Krasnoyarsk-Bakı istiqaməti üzrə aviareys açılır

Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Krasnoyarsk-Bakı istiqamətində müntəzəm uçuşların yerinə yetirilməsinə başlayır.AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, uçuşlar həftədə bir dəfə cümə günü yerinə yetiriləcək. Bakıdan uçuş saat 05:45-də, Krasnoyarskda eniş 13:45-də, o cümlədən Krasnoyarskdan uçuş saat 15:45-də, Bakıda eniş isə saat 18:25-də həyata keçiriləcək. Qeyd edək ki, uçuşlar “Boeing” tipli təyyarələrlə reallaşdırılacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür