Bu gündən havalar pisləşəcək

11:45 | 29.03.2015
Bu gündən havalar pisləşəcək

Bu gündən havalar pisləşəcək

Bu gündən etibarən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, martın 31-i axşamadək qeyri-sabit hava müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Oxu.Az-a bildiriblər ki, rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq.

Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək.

Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM