Oxu.Az xəbər verir ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilən "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə məktəblilərin yaz tətili günləri 17-24 mart tarixlərində təsbit olunub.
Bununla belə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 21-22 mart tarixlərinin istirahət günlərinə düşməsi ilə əlaqədar, bu il 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər martın 29-da başlayacaq.
6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində isə dərslərə martın 26-da start veriləcək. Bundan başqa, Nazirlər Kabinetinin müvafiq qərarı ilə martın 27-si və 29-nun yeri dəyişdirildiyinə görə həmin məktəblərdə martın 27-si qeyri-iş, 28 və 29-u isə iş günü hesab olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !